AZ

İranda 23 ildən sonra ilk

İran parlamenti yeni Prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Abbas Əraqçi 244 səs toplayaraq İranın xarici işlər naziri, İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnasir Xemmati iqtisadiyyat naziri, Mohsen Paknejad isə neft naziri təyin edilib.

Fərzanə Sadiqi 231 səslə yol və şəhərsalma naziri təyin edilib. O, İranda bu vəzifəni tutan ilk qadındır.

Qeyd edək ki, İran parlamenti 2001-ci ildən bəri ilk dəfə olaraq prezidentin bütün kabinetini təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
qafqazinfo.az

4Mənbələr