AZ

Riki Martin uşaqlarının nadir fotolarını paylaşıb - FOTOLAR

Latın Amerikasının ən məşhur müğənnilərindən biri Riki Martin İnstaqramda dörd uşağından ikisi ilə nadir fotolar paylaşıb.


Sfera.az bildirir ki, Riki Martin beş yaşlı Lusiya və dörd yaşlı Rennlə hovuz kənarında dincəldiyi fotolarını paylaşıb. Ümumilikdə müğənninin dörd övladı var. Onlardan ikisi rəssam Cvan Yoseflə evlilikdə doğulub. Cütlük 2023-cü ildə ayrılıb.
 

Hovuz kənarındakı şəkillərdə ulduz qızını və oğlunu çiyinlərində tutaraq, üzündə böyük təbəssümlə döymə edilmiş qollarını nümayiş etdirir. Şəkillərdə qısa saçları və kəsilmiş saqqalı ilə Riki yaraşıqlı və səliqəli görünür. Balaca Lusiya naxışlı çəhrayı çimərlik paltarı, kiçik qardaşı isə mavi mayo geyinib.


 

İkinci fotoda pijama geyinmiş balacaların divanda ataları ilə qucaqlaşdıqları əks olunub. Paylaşım məşhur müğənninin 18,5 milyon izləyicisi arasında 208 mindən çox bəyənmə toplayıb.

 



Qeyd edək ki, müğənninin kiçik övladlarından başqa 16 yaşlı Valentino və Matteo adlı əkizləri də var. 2024-cü ilin martında, əri Cvandan ayrıldıqdan bir il sonra Martin şəxsi həyatından danışıb və yeni sevgi tapmağa tələsmədiyini bildirib.

 

"Mən çox rahatam. Sadəcə uşaqlarımın qayğısına qalıram və onlarla vaxt keçirirəm. Mən çox yaxşı yerdəyəm və buranı çox sevirəm. Həmişə flört edirəm, mən çox gözələm"-  deyə Riki bildirib.
 

Xatırladaq ki, 2023-cü ilin avqustunda Riki Martin boşanması ilə bağlı sükutu pozmuşdu. Müğənni boşanma səbəbini barışmaz fikir ayrılıqları adlandırıb. O, qızı Lusiya və oğlu Rennin qəyyumluğunu alıb.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
sfera.az

2Mənbələr