AZ

Benites Karragerə “ilişdi” – Onların qiyməti indi 200 milyondur

“Liverpul”un keçmiş baş məşqçisi Rafael Benites İngiltərə klubunun sabiq oyunçuları Stiven Cerrard və Ceymi Karragerin dəyərini yüksək qiymətləndirib.

Publika.az xəbər verir ki, Benites bu haqda aparıcılarından biri Karragerin olduğu “Stick to Football” verilişində danışıb. O, Ceymi haqqında zarafat da edib.

“Əgər indi Cerrard və Karrageri almaq istəsəniz, Cerrard üçün 180 milyon, ümumilikdə 200 milyon funt sterlinq ödəyəcəkdiniz”, – Benites deyib.

Karrager onun bu sözlərini gülüşlə qarşılayıb. 46 yaşlı yarımmüdafiəçi karyerası boyunca, 1996-2013-cü illərdə “Liverpul”da çıxış edib. Mersisaydlılarla birlikdə Karrager Çempionlar Liqası da daxil olmaqla 11 kubok qazansa da, heç vaxt İngiltərə çempionu ola bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
publika.az

1Mənbələr