AZ

Gorus merinə SƏRT CƏZA

Gorus şəhərinin meri Aruş Aruşanyan Ermənistan Respublikası Ədliyyə Nazirliyinin probasiya xidmətinə dəvət edilib, qeydiyyata alınıb, ona məhkəmə aktı təqdim edilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Aruşanyan 700 min erməni dramı cərimələnib.

Məhkəmə qərarına əsasən, o, 1,5 il sınaq müddəti keçməlidir. Həmçinin 5 il ərzində dövlət vəzifəsini tuta bilməz. Bu barədə bu gün, avqustun 21-də Ermənistan Respublikası Ədliyyə Nazirliyinin mətbuat katibi Norayr Şoqikyan Ermənistan mediasına məlumat verib.

"Aruşanyanın təqsirli bilindiyi cinayət işi vəzifə səlahiyyətlərindən sui-istifadə, özbaşınalıq, habelə başqa şəxsin sağlamlığına qəsdən zərər vurma ilə bağlıdır", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
milli.az

1Mənbələr