AZ

Azarkeşlərdən “Rheinmetall”a etiraz

Almaniyanın Futbol Liqası (Bundesliqa) komandalarından olan Dortmund “Borussiya”sının azarkeşlərinin silah istehsalçısı Rheinmetall ilə bağlanmış sponsorluq müqaviləsinə etiraz edəcəyi bildirilib.

“Südtribune” (Cənub tribunası) azarkeşlər birliyi tərəfindən yayımlanan və bir çox azarkeş qrupu tərəfindən imzalanan bəyanatda klubun “Rheinmetall” ilə sponsorluq müqaviləsinə reaksiya verilib.

Bəyanatda vurğulanıb ki, klub rəsmiləri və bütün idarə heyəti “Borussiya Dortmund”un silah şirkətinin ictimai imicini yaxşılaşdırmaq üçün “təsir gücündən” istifadə edərək öz dəyərlərindən imtinanı qəbul etməyi rədd edib.

“Borussiya Dortmund”un avqustun 24-də mövsümün ilk matçında “Ayntraxt Frankfurt”a qarşı oynayacağı ilə bağlı açıqlamada sarı-qaralar “Rheinmetall”la bağlanan razılaşmadan narazılıqlarını stadionda bildirməyə çağırılıb və onlardan plakatlar və bannerlər hazırlamaları istənilib.

“Borussia Dortmund” mayın sonunda silah istehsalçısı “Rheinmetall” ilə 3 illik sponsorluq müqaviləsi imzaladı və şirkət loqosunun Dortmund komandasının lisenziyalı məhsullarında, stadiondakı reklam lövhələrində və mətbuat konfranslarında yer alacağı bildirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
vaxt.az

1Mənbələr