AZ

London miqrasiya ilə mübarizə aparmaq üçün 100 kəşfiyyatçı cəlb edir


“Böyük Britaniya hökuməti qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirmək üçün Milli Cinayət Agentliyinə (NCA) 100-dən çox kəşfiyyatçı cəlb edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Departamentin rəhbəri İvette Kuperin sözlərinə görə, Britaniya sərhədlərinin təhlükəsizliyini təmin edən orqanlar təcili olaraq yeni işçilər cəlb edir:
“Onlar qeyri-qanuni yollarla insanları qayıqlarda keçirən və həyatlarını riskə atan qaçaqmalçıların cinayətkar dəstələrini məğlub etmək üçün Avropa hüquq-mühafizə orqanları ilə işləyəcəklər. Həmçinin qeyri-qanuni miqrantları işçi kimi işə götürən şirkətlərə və şəxslərə qarşı sərt tədbirlər, o cümlədən müəssisələrin bağlanması həyata keçiriləcək”.
Agentliyin baş direktoru Rob Cons, NCA tərəfindən işə götürülən kəşfiyyat zabitlərinin mütəşəkkil immiqrasiya cinayətinə qarşı mübarizədə əsas rol oynayacağını bildirib. NCA rəhbəri qeyd edib ki, hazırda idarə qaçaqmalçılıq və insan alveri ilə məşğul olan dəstələrin cinayət fəaliyyəti ilə bağlı 70-ə yaxın araşdırma aparır.
Qeyd edək ki, son məlumatlara əsasən, ilin əvvəlindən avqustun 19-dək 19,2 mindən çox qeyri-qanuni mühacir müxtəlif su gəmilərində, ilk növbədə, şişmə qayıqlarda La-Manş boğazını keçərək Böyük Britaniyaya keçib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
yeniavaz.com

1Mənbələr