AZ

Uşaq atıcılıq poliqonunda atasını GÜLLƏLƏDİ

Rusiyanın Moskva vilayətinin Reutov şəhərində yeniyetmə atıcılıq poliqonunda təsadüfən atasını güllələyib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, avqustun 20-də 43 yaşlı Emin oğlu ilə birlikdə atıcılıq meydançasına gəlib. Atası atəş xəttinə daxil olan zaman taktiki qulaqcıq taxıb, əlində tüfəng olan yeniyetmə təsadüfən tətiyi sıxıb və Emini ölümcül yaralayıb. Moskva vilayətinin İstintaq Komitəsindən verilən məlumata görə, kişi yerindəcə keçinib.

Atıcılıq poliqonunun əməkdaşı qeyd edib ki, Emin onların daimi müştərisi olub. Onun silah icazəsi olub və onunla müvafiq müqavilə bağlanıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
big.az

1Mənbələr