AZ

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Astara rayonunun beş kəndində qazın verilişi dayandırılacaq.
"Report"un məlumatına görə, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyasından qidalanan Artupa istiqamətindəki 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1 200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur" , - deyə məlumatda qeyd edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
18
oxu.az

10Mənbələr