AZ

“Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasında uğurlu start edib

Bakı. Trend:

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında mübarizəyəbaşlayır.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, Azərbaycan çempionu yeni avrokubok mövsümündə ilkmatçına bu gün çıxıb.

İlkin mərhələdə çıxış edən təmsilçimiz Şimali İrlandiyanın“Sparta Belfast” klubu ilə görüşüb. H qrupunda yer alan komandalarİsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalındaüz-üzə gəliblər. Azərbaycan çempionu rəqibi darmadağın edib.Komandamızın vurduğu 7 qola rəqib cəmi 1 dəfə cavab verə bilib.

Qeyd edək ki, qrupun digər matçında Estoniyanın “Sillamae Silla”klubu yerli “Uddevalla” ilə qarşılaşacaq.

Çempionlar Liqası
İlkin mərhələ
H qrupu, I tur
21 avqust
18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” - 7:1

Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K.Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E.Həsənzadə, 39:16 - Best, 34:49

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
az.trend.az

1Mənbələr