AZ

Çin ABŞ-ın gizli nüvə strategiyasından narahatdır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Birləşmiş Ştatlar dünyada nüvə təhlükəsi ilə bağlı strateji risklərin ən böyük yaradıcısıdır.

O, The New York Times (NYT) qəzetinin ABŞ prezidenti Co Baydenin mart ayında yenidən işlənmiş nüvə strategiyasını təsdiqlədiyi barədə məlumatı belə şərh edib. Nəşrin məlumatına görə, bu qərar Çinin nüvə arsenalının genişləndirilməsi fonunda qəbul edilib. Mao Ning iddia edir ki, Çinin nüvə arsenalı ABŞ-ınki ilə eyni ölçüdə deyil və o, nüvə silahının ilk olaraq istifadə edilməməsi siyasətini davam etdirir. Nazirlyin sözçüsünün fikrincə, son illərdə ABŞ nüvə tərksilahı üzrə öhdəliklərindən yayınmaq üçün bəhanə kimi “Çin nüvə təhlükəsi nəzəriyyəsini” dilə gətirib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib ki, “Çin müvafiq hesabatlardan ciddi narahatdır”. NYT-nin qeyd etdiyi kimi, təsdiqlənmiş strategiya ABŞ-ı “Çin, Rusiya və Şimali Koreyanın mümkün razılaşdırılmış nüvə çağırışlarına” hazırlamaq məqsədi daşıyır. Pentaqon ehtiyat edir ki, yaxın onillikdə Çin öz ehtiyatları və nüvə silahlarının müxtəlifliyi baxımından ABŞ və Rusiyaya rəqib olacaq. Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2023-cü ildə nüvə silahına malik doqquz ölkə (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) öz arsenallarını modernləşdirməyə davam edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
editor.az

3Mənbələr