AZ

İki saata 1,4 milyon izləyici topladılar — FOTO

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni yutub kanalı açıb.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, onun yutub layihəsində Corcina Rodrigez də yer alıb.

Yeni açılan “UR Cristiano” yutub kanalına 2 saata yaxın müddət ərzində 1,4 milyondan çox abunə üzv olub.

Kanalda artıq 11 video paylaşılıb.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: 6 yaşlı Alana Martina və qardaşını itirən 2 yaşlı Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
demokrat.az

3Mənbələr