AZ

Xaricdən gətirilən bağlamalardan meymunçiçəyi keçir?VİDEO

Xaricdən gələn bağlamalar meymunçiçəyi xəstəliyinin yayılmasına səbəb ola bilər.

Xezerxeber.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilməlidir.

Mütəxəsislər isə bildirir ki, insanla yanaşı əşyalar da daşıyıcı ola bilər. Meymunçiçəyinin yayıldığı ölkələrdən isə azərbaycana demək olar ki, hər gün karqolar vasitəsi ilə yüklər gəlir.

Həkim mütəxəssis Adil Qeybullanın sözlərinə görə, transsərhəd keçid zonalarında nəzarət güclənməli, maarifləndirmə işləri aparılmalıdır.

Məsələ ilə bağlı "Azərpoçt" MMC-nin "Xəzər Xəbər"ə bildirildi ki müəssisə tərəfindən vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün daima müvafiq tədbirlər icra edilir.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma  və  36 ölüm qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
xezerxeber.az

2Mənbələr