AZ

Borrel Qərb silahlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir

“Rusiya ərazisində Ukrayna Silahlı Qüvvələri tərəfindən Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması “sülh səylərinin irəliləməsinə töhfə verə bilər”.

Qaziler.az xəbər verir ki, bunu Avropa İttifaqının  xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel “X” sosial şəbəkəsində bildirib.

O, həmçinin gələn həftə Aİ Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri ilə Ukrayna ordusunun Kursk bölgəsinə hücumu fonunda Kiyevə dəstəyin artırılmasını müzakirə edəcəyinə söz verib.

“Beynəlxalq hüquqa uyğun olaraq Rusiya ordusuna qarşı imkanlardan istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması bir neçə mühüm nəticələrə səbəb olacaq: Ukraynada insanların həyatını xilas etmək və dağıntıları azaltmaq, sülh səylərini irəlilətməyə kömək etmək...", - Borrell yazıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
qaziler.az

1Mənbələr