AZ

Viktoriya Bekhem haqqında sənədli serial çəkiləcək

"Netflix" platforması keçmiş "Spice Girls" ulduzu Viktoriya Bekhem haqqında sənədli serial hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Bioqrafik serial məşhurun ​​90-cı illərdəki musiqi karyerasından moda sənayesindəki hazırkı işinə qədər olan səyahətini əks etdirəcək.

Serialda həm Viktoriyanın özü, həm də dostları, həmkarları və ailə üzvləri görünəcək.

Qeyd edək ki, ötən il Viktoriyanın həyat yoldaşı, keçmiş futbolçu Devid Bekhemin karyerası və həyatından bəhs edən “Bekhem” sənədli serialı yayımlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
publika.az

2Mənbələr