AZ

Redmi K80 Pro-nun ilk render fotosu ortaya çıxıb

     Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. İndi isə internetdə Redmi K80 Pro modelinin ilk render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotoda smartfonun arxa paneli əks olunub. Render fotodan da görmək olar ki, Redmi K80 Pro-nun arxa panelində dairəvi formada kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera ilə dairəvi formada LED işıqlandırma olacaq. Gözləntilərə əsasən smartfon 50 MP-lik əsas arxa kameranı əldə edəcək. Bununla yanaşı bu yeni smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı güman edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
technote.az

1Mənbələr