AZ

İkonik "Fiat 500"ün istehsalı dayandırıldı

Avtomobil istehsalçısı "Fiat" benzin mühərrikli "Fiat 500 Hybrid" modelinin istehsalı dayandırıldığı üçün sifariş qəbulunu dayandırıb.

Valuta.az bu barədə "Autocar"a istinadən xəbər verir. 

"Fiat"ın Böyük Britaniya nümayəndəsi nəşrə təsdiqləyib ki, "Fiat 500 Hybrid" üçün sifarişlər dayanıb, lakin dilerlərdə avtomobili Yeni ildən əvvəl satmaq üçün kifayət qədər ehtiyat var. Oxşar vəziyyət onun "Abarth 595" və "Autocar 695" idman versiyalarında da müşahidə olunur. Avtomobil 17 il istehsal olunub, 2007-ci ildə təqdim edilib.

Eyni zamanda, 2020-ci ildə təqdim edilən elektrik "Fiat 500e" satışda qalır.

İkonik "Fiat 500" elektrik avtomobilinə bənzər, lakin benzin mühərriki ilə təchiz edilmiş yeni "Fiat 500 Ibrida" ilə əvəz olunacaq. Onun istehsalına 2025-ci ildə başlanması planlaşdırılır. Yeni avtomobil İtaliyada istehsal olunacaq, bazardan çıxan "Fiat 500" Polşada yığılıb.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
valyuta.az

1Mənbələr