AZ

"Bakı dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrilib"

"Bakı dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrilib".

 

Pravda.az xəbər verir ki, bunu jurnalistlərə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

 

Onun sözlərinə görə, oktyabr ayında Boneyra adasının rəhbərliyi adanın "G24" layihəsinə əlavə edilməsi üçün Birləşmiş Millətlər Təşkilatına qətnamə təqdim edəcək:

 

"Bildiyiniz kimi 22 avqust tarixində Bakı Təşəbbüs Qrupunun növbəti tədbiri keçiriləcək. Bu tədbir Niderlandın koloniyası olan Boneyra adasına həsr ediləcək. Bu ilin oktyabrında Boneyra BMT-yə qətnamə layihəsi təqdim edəcək. Bu layihə Boneyranın "G24" layihəsinə əlavə edilməsi ilə bağlıdır. Boneyra adasının rəsmi nümayəndələri bizə Bakıda bu adanın məsələləri ilə bağlı konfrans keçirilməsi üçün müraciət edib. Biz də bu müraciətə müsbət cavab vermişik. Beləliklə, avqustun 22-də Bakıda Boneyra adasına həsr olunmuş konfrans keçiriləcək. Bu da onu sübut edir ki, Bakı dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrilib".

 

APA

Tarix: 21 Avqust 2024, 19:02   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
pravda.az

2Mənbələr