AZ

Qızıl nə qədər bahalaşacaq? - PROQNOZLAR

Dolların ucuzlaşması və digər amillərin təsiri ilə qızılın qiymətində artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, bu qiymətli metalın troya unsiyasının dəyəri son bir ildə 33 faiz (1823 dollardan 2570 dollara kimi), son ayda isə 7 faiz (2400 dollardan 2570 dollara kimi) artıb. 


Son bir ildə bahalaşmanın ardından qızılın bir qramının qiyməti 24 dollardan çox artaraq 58,6 dollardan 83 dollara yüksəlib. 


Hazırda qızıl bütün dövrlərin ən yüksək qiymətinə satılır. 


Bəs qızılın dəyəri bundan sonra da arta bilərmi? 


Böyük maliyyə qurumlarının proqnozlarında birmənalı olaraq qızılın bahalaşacağına dair gözlənti ifadə olunur. Hamı hələ bir müddət də qızılın bahalaşacağını gözləyir. Bəzi proqnozlara görə “nəcib metal”ın dəyəri hətta 3000 min dollara çatacaq. 


ABŞ-nin “Citi” bankının analitikləri 2025-ci ilin ortalarına qədər qızılın dəyərinin 3 min dollar olacağını güman edir. Adıçəkilən bank 2024-cü ilin sonunda qiymətlərin hazırkı səviyyədə qalacağını, yeni ildən qiymətlərin daha da artacağını proqnozlaşdırır. 


İsveçrənin UBS investisiya bankı isə 2024-cü ilin sonuna kimi qiymətlərin 2600 dollara çatacağını gözləyir. 


Qeyd edək ki, qızılın bahalaşması onun alışını da artırıb. Bu amilin təsiri ilə qızıl daha da dəyərlənir. 

 

Vasif

Seçilən
87
8
sfera.az

10Mənbələr