AZ

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Taylandda meymunçiçəyi virusu aşkarlanıb.Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Reuters"ə danışan Tayland Xəstəlik Nəzarət qurumunun rəsmisi məlumat verib. O deyib ki, yoluxan şəxs Taylandda yaşayan 66 yaşlı avropalı bir şəxsdir və o, 14 avqustda Afrika ölkəsindən qayıdıb, sabahı isə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəliyin "Klad I" variantı olub-olmadığının bilinməsi üçün test cavablarının çıxması gözlənilir.Məlumata görə, yoluxan şəxs uçuşdan sonra digər insanlarla çox təmasda olmayıb. Xəstəylə təmasda olduğu 43 nəfər isə nəzarət altındadır.

Qeyd edək ki, Taylandda 2022-ci ildən bu yana 800 mpox "Kload II" (meymunçiçəyi) yoluxması baş verib, "Klad I" və "Klad Ib" variantlarına isə rast gəlinməyib.

Seçilən
129
35
metbuat.az

10Mənbələr