AZ

İxtisas seçimi başa çatıb - Ən çox ərizə verilən qrup bəlli oldu

Ali məktəblərin bakalavr pilləsində qəbul üçün elektron qaydada həyata keçirilən ixtisas seçimi başa çatıb.TehsilForumu.Az xəbər verir ki , DİM-in məlumatlarına əsasən xəbər verir ki, ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Statistikaya görə, ən çox ərizə təqdim edilən I ixtisas qrupudur.I ixtisas qrupu RK alt qrupu üzrə 13015 plan yeri, Rİ alt qrupunda isə 6975 plan yeri ayrılıb ki, 25.138 abituriyent tələbə olmaq üçün ixtisas seçimi edib.II ixtisas qrupu üzrə 14550 plan yeri var ki, 18.188 abituriyent ixtisas seçimini edib.III ixtisas qrupu DT alt qrupu üzrə 13494 plan yeri mövcuddur ki, 21. 890 abituriyent ixtisas seçimi edib.IV ixtisas qrupu üzrə 4600 plan yeri var. Bu qrupda 6785 abituriyent tələbə olmaq üçün ixtisas seçimi edib.Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbulun nəticələrinin növbəti üç gün ərzində elan olunacağı gözlənilir.

Seçilən
45
4
tehsilforumu.az

4Mənbələr