Amerikalı ermənipərəst senator Bob Menendez cinayət məsuliyyətinə cəlb olunduğu üçün istefa verib. 5 noyabr seçkilərinin nəticələri elan olunana qədər onu Nyu-Cersi senatoru ofisində Corc Helmi əvəzləyəcək. İyulun 16-da Nyu-York məhkəməsi Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Onun həbsi oktyabrın 29-na nəzərdə tutulub. Menendezi 222 il həbs gözləyir.
Menendezin həyat yoldaşı, erməni əsilli Nadine də sadalanan maddələr üzrə ittiham olunub. Lakin onun məhkəmə prosesi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Mətləb