AZ

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir.

QHT.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 45 məktəbli iştirak edir. Düşərgə 19-25 avqust tarixlərini əhatə edəcək.

Düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina, konsert və digər əyləncəli proqramların həyata keçirilməsi nəzərdə tutulur. Düşərgə ərzində uşaqların tanınmış aktyor, idmançı, yazıçılarla görüşü, eləcə də muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunacaq.

Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.

Seçilən
19
14
qht.az

10Mənbələr