İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "rossonerilər" Belçika millisinin hücumçusu Divok Origini heyətinə qatıb.

27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Divok Originin son klubu İngiltərə "Liverpul"u olub. O, "Milan"a azad agent kimi keçib.

"Şanslar "Qarabağ"ın xeyrinədir. Düşünürəm ki, cütün favoriti dmhz qonaqlardr. "Lex" mərhələni keçmək istəyirsə, məsələni ilk oyunda həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə Azərbaycan çempionu arasında baş tutacaq oyunlar haqqında danışarkən deyib.

Hazırda ölkəsinin "Visla" (Plotsk) klubunda çıxış edən 36 yaşlı polşalı müdafiəçi bildirib ki, Poznan klubunu Bakıda əsl cəhənnəm gözləyir: "İyunun əvvəlindən orada inanılmaz istilər başlayır. Temperatur adətən 30 dərəcədən yüksək olur. Oradakı avrokubok oyunlarımızı xatırlayıram. Rəqiblərimiz ilk 45 dəqiqədən sonra "ölürdülər". Bu halla Danimarka "Kopenhagen"i də üzləşmişdi".

Təcrübəli oyunçu "Qarabağ"ı əla və təcrübəli komanda adlandırıb. O, bugünkü qarşılaşmada "köhlən atlar"a azarkeşik edəcəyini söyləyib: "Bu komandada Çempionlar Liqası ilə bağlı gözəl xatirələrim var. Oradak dostlarımla hələ də əlaqə saxlayıram. Bunu nəzərə alsaq, ürəyim "Qarabağ"a daha yaxındır".

Yakub Jezniçak "Qarabağ"ın formasını 2017 - 2019-cu illərdə geyinib.

Qeyd edək ki, bu gün Poznandakı eyniadlı stadionda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. "Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, "Poznan" stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 7-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Tunis hava qüvvələrin təlim-məşq donanmasının təkmilləşdirilməsi planının bir hissəsi kimi ABŞ-dan səkkiz hərbi təlim təyyarəsi aldığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tunisə təlim təyyarələrinin tədarükü ilə bağlı ABŞ hökuməti ilə “Textron Aviation Defense” şirkəti arasında müqavilə imzalanıb. Yeni təyyarələrin ilk partiyasının 2023-cü ilin martında təhvil verilməsi, 2026-cı ilin oktyabrında müqavilənin müddəti başa çatacağı gözlənilir.

Bildirilib ki, razılaşmanın maliyyələşdirilməsinin əsas hissəsi ABŞ qrantı hesabına gerçəkləşdiriləcək, qalan hissəsi isə Tunis Müdafiə Nazirliyi tərəfindən ödəniləcək.

“Bu gün Ukraynanın müharibə nəticəsində infrastruktur itkiləri 100 milyard dollardan artıqdır”.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.

“Biz Ukraynanın elektron xəritəsini yaradırıq, burada müharibənin vurduğu bütün itkiləri qeyd edirik. Bu xəritə daim yenilənir, itkilər dərhal bir neçə tərəfdən qeyd olunur və yoxlanılır. Hökumətin qabaqcıl rəqəmsal alətləri sayəsində və “Diya” veb-tətbiqi ilə Ukraynanın hər bir vətəndaşı öz dağıdılmış evi barədə məlumat təqdim edə bilər. Bazada artıq təxminən 250 min müraciət mövcuddur”, - D.Şmıqal bildirib.

Rusiyanın Sankt-Peterburq şəhərində islah-əmək koloniyalarındakı məhbuslar “Vaqner” özəl hərbi şirkətinə “könüllü” qismində cəlb olunmağa başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşrinə məhkumların yaxınları məlumat verib.

“Əvvəlcə dedilər ki, təxminən 20 faiz qayıdacaq. Sonra isə, demək olar, heç kimin qayıtmayacağını. Sağ qalanlara 200 min rubl (6 100 manat – red.) məbləğində mükafat və amnistiya söz veriblər. Ölərsə, ailəsinə 5 milyon rubl (152 500 manat – red.) ödəniləcəyini vəd ediblər. Bütün bunların hamısı sözdədir, kağızda heç nə qeyd edilməyəcək”, - məhbusun qohumu açıqlayıb.

Bildirilib ki, məhkumların Donbasa səfəri etap olaraq sənədləşdiriləcək və sərhədədək konvoylarda aparılacaqlar.

Eyni zamanda onlara ön xətdə olacaqları və heç də hamının qayıtmayacağına dair xəbərdarlıq edilib.

Xatırladaq ki, mayın 31-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donbasda Rusiyaya bağlı “vaqnerçi” muzdluların əksəriyyətinin məhv edildiyini açıqlamışdı.

İtaliya "Roma"sı Corcio adlı 96 yaşlı azarkeşini təəccübləndirib.

"Report" xəbər verir ki, "canavarlar" ötən mövsüm qazandığı UEFA Konfrans Liqasının kubokunu qocaman fanatın evinə aparıb.

Paytaxt təmsilçisi bu addımı tərəfdarın ad günü münasibətilə atıb.

Qeyd edək ki, "Roma" Konfrans Liqasının finalında Niderland "Feyenoord"una 1:0 hesabı ilə qalib gəlib.

PSJ futbol klubu yeni baş məşqçisi Kristof Qaltye ilə müqavilə imzalayıb.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O, 56 yaşlı mütəxəssisin iyulun 5-də ictimaiyyətə təqdim olunacağını bildirib.

İmza mərasimində Paris təmsilçisinin idman direktoru Luis Kampos da iştirak edib.

Qeyd edək ki, Kristof Qaltye bu vəzifədə Maurisio Poçettinonu əvəzləyib.

Hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - "SOCAR Petroleum” QSC-dən bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Məlumata görə, bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.

“SOCAR Petroleum” QSC-nin 42 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

İngiltərənin "Çelsi" klubu Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiranu Ronaldunu transfer etmək istəyir.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin yeni sahibi Todd Byoli ötən ay 37 yaşlı hücumçunun agenti Jorje Mendeşlə görüşüb. Əsas müzakirə mövzularından biri təcrübəli forvardın "zadəganlar"a mümkün keçidi olub.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Mançester Yunayted"i tərk etmək istədiyi və agentinə ona klub tapmasını tapşırdığı barədə xəbərlər yayılıb. Lakin "qırmızı şeytanlar" aparıcı futbolçusunu satmaq niyyətində deyil.

"Səbail"lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi".

"Report"un məlumatına görə, bunu "Səbail"in yeni transferi Ağabala Ramazanov klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı hücumçu bildirib ki, "dənizçilər"lə məzmunlu oyunları olub: "Burada yaxşı qollar vurmuşam. İndi də komandam üçün əlimdən gələni etmək üçün səbirsizlənirəm".

Emosionallığı ilə fərqlənən təcrübəli oyunçu uduzmağı bacarmadığını söyləyib: "Uşaqlığımdan bəri hər zaman çalışmışam ki, hər zaman ilk pillələrdə olum. Qələbə qazanmaq üçün bütün gücümü ortaya qoyacağam. Hansı komanda yoldaşım yaxşı vəziyyətdədirsə, onun qol vurmasını daha çox istəmişəm. Qol olanda sevinmişəm, olmayanda da bir anlıq əsəbləşmişəm. Çalışıram ki, komandam bütün gücümü ortaya qoyum. Çılğınlıq bundan qaynaqlanır".

"Səbail"in tarixində ən məhsuldar futbolçu olan Ramzanov rekordu yeniləmək istədiyini gizlətməyib: "14 qol elə də çox deyil. Çalışacağam ki, rəqəm daha da artsın. 2 illik müqavilə imzalamışam. Bu müddətdə də ən yaxşısını etmək niyyətindəyəm. Lider olaraq qalmaq istəyirəm".

O, komandadakı ab-havaya da toxunub: "Heyətdə yeni simalar var. Hazırda ab-hava çox yüksək səviyyədədir. “Səbail” ailəsinə yeni qoşulan legionerlər qısa zamanda komandaya uyğunlaşıblar. Biz təcrübəli futbolçuların üzərinə düşən vəzifə həm gənclərə, həm də legionerlərimizə xoş münasibət göstərib, komandamızın uğurları üçün çalışmağı öyrətməkdir. Ünsiyyətimizin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Hamımız bir yumruq olub, komandamızın uğurları üçün vuruşacağıq. Perspektivli gənclərimiz var. Onlarla birlikdə uğur qazanmağa çalışacağıq".

Forvard komandanın kapitanı Rahid Əmirquliyevlə münasibətindən də söz açıb: "Onunla həm meydanda, həm də kənarda dostuq. İlk dəfə 10 il öncə birlikdə “Xəzər Lənkəran”da çıxış etmişik. Bir-birimizi uzun müddətdir tanıyırıq. Futbol başqadır, dostluğumuz isə bir başqadır. Eyni vaxtda müqavilə bağlamağımız isə tamamilə təsadüfdür".

Ramazanov azarkeşlərin ondan çox şey gözlədiyini vurğulayıb: "Mən də onları sevindirmək üçün əvvəlkindən də çox çalışacağam. Müqavilə bağladığım andan üzərimə düşən yükü yaxşı başa düşürəm. Onlar həm məndən, həm də komandadan daha çox qollar tələb edir. Məndən gözləntiləri isə böyükdür. Buraya gəldiyim gündən bu məsuliyyəti üzərimdə hiss edirəm. Azarkeşlər üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

Azərbaycan Xəzəryanı ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edəcəyini bildirdilər.

“Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

VI Zirvə toplantısında qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa onu sülh təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcək.

Natiq Həsənov Bülbülə Bələdiyyəsinin sədri

“Biz nəyi, nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün də bizim əməliyyatlarımız artıq böyük nəticələrə gətirib çıxarır və nəyi, necə, nə vaxt etmək lazımdır bunu mən bilirəm” deyən cənab Prezidentin xalqa müraciətlərini dinləyən təhliletmə qabiliyyəti olan hər bir Azərbaycan vətəndaşının ölkə baçısının çıxışlarında vətənimizin dirçəlişi naminə növbəti uğurlu addımlarının olacağını müəyyən etməsi çətin deyil.

Bakı artıq dünyada sülh mərkəzinə çevrilib. Qoşulmama Hərakatı Parlament Şəbəkəsinin Bakı Konfransı 2-ci iş gününü başa vurub. Bu təşkilat yer kürəsinin əhalisinin yarısını təşkil edir.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Azərbaycan Respublikası özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Bu dəyişən dünyada super dövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb zamanda yeni ictimai-siyasi baxış və islahatların keçirilməsi zərurəti yaranır. Proses davamlı, dayanıqlı və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.

Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. İldən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir.

Bəli, bu qlobal qütbləşmənin enerji və humanitar böhranların yaşandığı bu dövrdə Ümumimilli liderin siyasi kursunun layiqli və uzaq görən davamçısı möhtərərm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır.Böyük qürur hissi ilə deyə bilərik ki möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi bu da ancaq iqtisadi baxımdan güclü olan dövlətin bacara biləcəyi işdir. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

Mətanət Əliyeva Suraxanı rayonu 327 №li məktəbin ibtidai sinif müəllimi

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin Türkmənistana səfəri və Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirakı xüsusi diqqətə layiqdir. Prezident çıxışında Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə aktında imzalanmış konversiyanın böyük tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Xəzər dənizini əhatə edən beş dövlət arasında status məsələsinə aydınlıq gətirilməsi hər zaman təxirə salınmaz məsələ hesab olunub, aktuallığına görə ön planda durmuşdur. Şübhəsiz ki, hər bir toplantıda, hər bir sammitdə ölkə rəhbərimizin iştirakı mövcud məsələlərin həllinə yönəlir addım kimi diqqətdən yayınmır. Cənab Prezident İlham Əliyevin iştirak etdiyi hər bir tədbirdə səsləndirdiyi fikirlərlə, faktlarla irəliyə doğru böyük addımlar atılır və həmin tədbir bu baxımdan öz vacibliyi ilə yadda qalır. Bu mənada ölkə başçısının Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı da diqqətə layiqdir və cənab Prezident İlham Əliyevin bu toplantıdakı çıxışında məhz Xəzər dənizində təhlükəsizlik, gəmiçilik, balıqçılıq, ekologiyanın, su ehtiyatlarının qorunması və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir, çünki son dərəcə əhəmiyyətli məsələlərin həllini əhatə edir.

Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbədən sonra yaratdığı reallıqlar var. Həmin reallıqlar Zəngəzur dəhlizinin açılmasının, daha sonra isə Türkiyə vasitəsi ilə Aralıq dənizi hövzəsinə çıxışın təmin edilməsi deməkdir. Bütün bunlar o deməkdir ki, Azərbaycanla əməkdaşlığın yaxşılaşdırılmasına hər bir ölkə, xüsusəndə Xəzəryanı ölkələr çox maraqlıdırlar və bu fonda da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı son dərəcə əhəmiyyətli hesab olunur. Ölkə rəhbəri cənab Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, uğurlu strategiyası nəticəsində reallaşdırılmış neft-qaz kəmərləri, digər transmilli layihələr Azərbaycan regionun ən əhəmiyyətli ölkəsinə çevrilib. İstər iqtisadi, istər siyasi, istərsə də coğrafi, yaxud hər hansı baxımdan Azərbaycanın əhəmiyyətini artırdığını göstərmək mümkün deyil və bu baxımdan da bütün beynəlxalq platformalarda ölkəmizin qaldırdığı hər hansı məsələ həmişə öz müsbət həllini tapır. Liderlərin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etdiyi Zirvə toplantısının əhəmiyyəti olduqca böyükdür. Belə təmasların, dialoqun olması dövlətlərarası münasibətlər sistemində son dərəcə vacib hesab olunur.

Leyli Rüstəmova Suraxanı rayonu 315 №-li tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini

Son illərdə Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır. Bu istər ölkə ictimaiyyəti, istərsə də xarici dövlətlərin siyasətçiləri tərəfindən birmənalı şəkildə qəbul edilir. Son 18-19 il ərzində Azərbaycanın bir çox beynəlxalq tədbirlərə evsahibliyi etməsi, dünya ölkələri liderlərinin, nüfuzlu siyasət, iqtisadiyyat, elm-sənət və mədəniyyət nümayəndələrinin bu tədbirlərdə iştirakı fikrimizi bir daha təsdiq edir.

Bu beynəlxalq nüfuzu ölkəmizə qazandıran, dünyanın siyasi xəritəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsini təmin edən, xalqımızın Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı, bu gün də Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən müstəqil siyasi xətdir.

Qoşulmamama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilatdır və bütün tarixi boyu beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayır. Qoşulmama Hərəkatı ilkin olaraq 1956-cı ildə təşkilat kimi yaranıb və bir müddət sonra hərəkata çevrilib. Qoşulmama ifadəsi ilk dəfə 1953-cü ildə BMT-də səslənib. 1961-ci ildə soyuq müharibə dövründə hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən dünyadakı gərginliyi azaltmaq məsqədilə yaradıldığı bildirilir. Qoşlmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə təşkilata üzv olan dövlətlərin sayı 120-ə çatıb, müşahidəçi ölkələrin sayı isə 17 olub. Blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Özünün beynəxalq təhlükəsziliyini möhkəmləndirməyə çalışan Azərbaycan Respublikası bu hərəkata 2011-ci ildə qoşulub. 2019-cu ildə isə ölkəmiz artıq hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edib. Ölkəmiz, eyni zamanda, 2019-2022ci illərdə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb.

Qoşulmama Hərəkatında sədrliymiz COVİD 19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrədən biri idi. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi. Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin şahidi olduq. Digər vacib həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən vacib dövrə təsadüf etdi. Biz öz torpaqlarımızda savaşırdıq, biz ədaləti bərpa edirdik. Əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya, qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.

Bu sadəcə şifahi kampaniya və ya ictimai ittiham deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan , Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamlar bloklandı və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Qoşulmama Hərəkatına sədrliyimiz yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.

Respublikamızın Qoşulmama Hərəkatının sədri kimi bütün üzv dövlətlərin maraqlarını müdafiə etməsi, bununla bağlı beynəxalq hüququn norma və prinsiplərini diqqətdə saxlaması nəticəsində bu təşkilata üzv ölkələrin əksəriyyəti yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq, Azərbaycana bir daha öz dəstəyini ifadə edib.

Arzu Məmmədli Suraxanı rayonunun fəal gənci

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfrans çıxışında Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilməsini bildirmişdir. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradaraq Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını bildirmişdir. Azərbaycan parlament şəbəkəsi təkcə ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaqdır.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs olmadığını digər vacib bir təşəbbüs gənclər şəbəkəsi olduğunu vurğulamışdır. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəyini bildirmişdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlar və bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişdiyini, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxt və bu da öz növbəsində Azərbaycana beynəlxalq arenada maraqlarımızı qorumağa, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcəyini bildirmişdir.

Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmuş və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışıb. Azərbaycan Bandunq prinsipləri ilə tamamilə razıdır və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edir. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.

Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu və üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı olub və faydalı olmağa davam edəcəyini bildirmişdir. Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişdir.

Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəkdir. Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.

Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular və bu həmrəyliyə görə sizə minnətdar olduğunu bildirmişdir.

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Azərbaycan ədalət və beynəlxalq hüququ bərpa etdi.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə Azərbaycana, sadəcə, 44 gün kifayət etdi. Ancaq Azərbaycan bunu 30 ilə yaxın gözləmişdir.

Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəriçisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycan Respublikasının bu təşkilata sədrliyi dəstəklənib.

Emil Quliyev Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının irəli sürdüyü təşəbbüslər onun fəaliyyətinin səmərəsindən xəbər verir. Bu o deməkdir ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə qarşı bəslənilən böyük etimaddır. Prezident İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı vurğulamışdır ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlmişdir. Bu məqam üzv dövlətlərin diqqətini çəkən məqamdır və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonunadək uzadılması əbəs deyil.

Bakı konfransı əlamətdar hadisədir. Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək üçün fəaliyyət göstərmir o, eyni zamanda beynəlxalq arenada daha fəal rol oynamaq istəyir. Azərbaycan bunu görmək arzusundadır. Azərbaycan tərəfi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bütün üzv dövlətlərin maraqlarına uyğun qurulmasını təmin etmək üçün mövcud mexanizm və resurslardan istifadə etmişdir. Unutmaq olmaz ki, uzun müddət davam edən pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi nəticəsində dünya böyük transformasiya dövrünü yaşayır, qlobal təhlükəsizlik və inkişaf strukturu çox ciddi dəyişikliklərə məruz qalmışdır. Bütün bunları nəzərə alaraq, qeyd etmək istərdim ki, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl ideallarının və rolunun davamlı əhəmiyyəti böyükdür.

Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli məsələsi demək olar ki, gündəlikdə duran gözəl ideya və təşəbbüslərdən biridir. Digər vacib təşəbbüslər isə Gənclər Şəbəkəsi və Azərbaycanın irəli sürdüyü, üzv dövlətlər tərəfindən dəstəklənən Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Unutmaq olmaz ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Bu səbəbdən dolayı dövlətimiz ədalətsizliyə düçar olan dövlətləri daha yaxşı başa düşür və növbəti dəfə daha səmərəli yeni təşəbbüslər irəli sürmək iqtidarındadır. Azərbaycan bu günə qədər olduğu kimi, bu gündən sonra da Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəkdir.

Pərvanə Cəfərova Suraxanı rayon fəal gənci

Bu həftənin əsas siyasi hadisələrindən biri iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının keçirilməsi oldu. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçıları Xəzər dənizində əməkdaşlığa, aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Xəzərin ekoloji problemlərinə dair müzakirələr aparıblar.

Azərbaycan dövləti Xəzər dənizinə hər zaman sahilyanı ölkələrlə dostluğu və əməkdaşlığı daha da möhkəmləndirən bir imkan kimi yanaşıb. Təsadüfi deyil ki, respublikamızın həyata keçirdiyi enerji və nəqliyyat layihələri, nəhəng logistik infrastrukturun yaradılması Xəzəryanı dövlətlər arasında iqtisadi inteqrasiyanı gücləndirib, onların Xəzər dənizi vasitəsilə Avropa və dünya bazarlarına çıxışına böyük töhfələr verib.

Bütün bunlarla yanaşı, rəsmi Bakı Xəzərlə bağlı müzakirələrdə özünün milli maraqlarını qətiyyətlə təmin edib. Bu mənada 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya ölkəmizin xarici siyasətinin böyük uğurudur. Bu konvensiya ilə 20 ildən artıq davam edən danışıqlara yekun vuruldu, Xəzərin hüquqi statusu müəyyən olundu.

Bundan əlavə, həmin vaxt Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında protokol imzalanmışdı.

Ümumiyyətlə, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib, bu işə özünün tarixi töhfələrini verib. Hələ 12 il əvvəl, 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə yol açıb. Məhz həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdı. Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdı. Bununla yanaşı, Bakıda keçirilən toplantıda Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri də razılaşdırılmışdı. Bu prinsiplər Azərbaycanın hər zaman bəyan etdiyi kimi, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir.

4 il əvvəl Aktauda imzalanan konvensiya isə Xəzərin təhlükəsizlik və sabitlik dənizinə çevrilməsi üçün hüquqi baza yaratdı, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün yeni imkanlara yol açdı. Prezident İlham Əliyev Aktauda keçirilmiş V Zirvə Toplantısında bildirmişdi ki, qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Ötən dövrün mənzərəsi göstərir ki, indi sahilyanı dövlətlər arasında münasibətlər daha da möhkəmlənib. Başqa cür desək, Xəzər dənizi sahilyanı dövlətlər arasındakı dostluğu və əməkdaşlığı daha da gücləndirib. Prezident İlham Əliyevin VI Zirvə Toplantısında qeyd etdiyi kimi, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.

Xəzəryanı dövlətlərin dövlət başçılarının sonuncu Zirvə toplantısı 4 il əvvəl keçirilmişdi. Təbii ki, aradan ötən dövrün məzmunu müzakirələr üçün gündəlik formalaşdırıb. Bu baxımdan Aşqabadda keçirilən VI Zirvə Toplantısı vacib müzakirələrlə yadda qaldı. "Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır" deyən Prezident İlham Əliyev ölkəmizin bu məsələyə verdiyi töhfələri diqqətə çatdırıb.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsidir. Zəngəzur dəhlizi isə Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və şaxələnməsinə yol açacaq.

Bütövlükdə Azərbaycanın həyata keçirdiyi layihələr Xəzəryanı ölkələrin əməkdaşlığını daha da dərinləşdirir. O cümlədən respublikamızda görülən işlər Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialın olduğunu göstərir.

Tahir Səfərov Qaraçuxur bələdiyyəsinin sədr müavini

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada "Lex" ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Report" Poznan təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.

Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. "Poznan" stadionu 43 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, iyulun 5-də oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.

Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.

Danimarka Radiosunun məlumatına görə, azı 3 nəfər yaralanıb: “Bir neçə yaralı və bir neçə ölü var”- polis rəisi əlavə edib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 22 yaşlı danimarkalıdır. Polis cinayətin terror xarakteri daşıdığını istisna etmir.

2022-07-03 21:43

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Erestad rayonunda yerləşən ticarət mərkəzlərinin birində atışma baş verib.

Bu barədə “Report” Danimarka polisinin tviter hesabına istinadən xəbər verir.

Polisin yaydığı məlumata əsasən, atışma nəticəsində bir neçə nəfər yaralanıb. Hazırda bir nəfər saxlanılıb. Ticarət mərkəzindəki silahlı şəxslərə qarşı əməliyyat davam edir.

Eyni zamanda ticarət mərkəzinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. Ticarət mərkəzindəki insanlara olduqları yerdə qalmaları barədə çağırış edilib.

İyulun 1 və 2-də iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında vəziyyət tam nəzarət altındadır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistan Milli Qvardiyasının komandanı Rüstəm Jurayev məlumat verib.

Komandan bildirib ki, Qaraqalpaq Respublikasında fövqəladə rejim dövründə ictimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə və pərakəndə satış obyektlərinin fəaliyyəti qadağan edilib, bir ay ərzində hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağandır.