Almaniyanın İrandakı səfirinə etiraz notası təqdim olunub

Almaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Xarici dövlətlərə casusluqda ittiham edilən adamların məhkəmə qərarı ilə edam edilməsinə səfir özünün "Twitter” hesabında münasibət bildirib. Qeyd olunub ki, guya İranda insan hüquqları pozulur və cəzalar siyasi xarakter daşıyır.

Səfirin nəzərinə çatdırılıb ki, hər bir diplomat işlədiyi ölkənin qanunlarına hörmətlə yanaşmalı və diplomatik etikadan kənar hərəkətlərə yol verməməlidir. İranın məhkəmə və hüquq sisteminin işinə qarışmaq həm beynəlxalq qanunlara, həm də diplomatik qaydalara ziddir.

Nəzərə çatdırılıb ki, İran səfirin sosial şəbəkədəki yazısını daxili işlərə qarışmaq kimi qiymətləndirir və bu kimi addımların təkrarlanmayacağına ümid edir. (AZƏRTAC)

0
425
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar