• Şikayət et

Alma-Ata hadisələrinin iki mindən çox iştirakçısı saxlanılıb 

 

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları yanvarın 13-də Alma-Atada qanunsuz aksiyaların, talanların və digər cinayətlərin iki mindən çox iştirakçısını saxlayıblar.
Bu barədə şəhər komendaturasının informasiya mərkəzi məlumat yayıb.
"Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin 2159 iştirakçısı saxlanılıb. Ümumilikdə 67 odlu silah və 3112 döyüş sursatı götürülüb", - komendaturanın gündəlik əməliyyat hesabatında deyilir.
Antiterror əməliyyatı zamanı şəhərin Jetısu və Naurızbay rayonlarında təlimlər keçirilib.


Elnur

Mənbə:
0
970
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar