Alimlər təsdiq edir: Burnu zırpı kişilərin...

Araşdırmaçılar elan ediblər ki, kişi anatomiyası barədə yayqın bir mif, sən demə doğru imiş. 

Söhbət britaniyalı yox, çinli alimlərdən gedir. Onlar kişi anatomiyasını araşdıraraq, penisin uzunluğu ilə kişinin digər əzalarının uzunluğu arasında əlaqənin olub olmadığını müəyyən etməyə çalışıblar. 

Onların kişilərin burnunun uzunluğu ilə onların penisinin həcmi arasında əlaqə tapmağa çalışıblar.

Qeyd etmək lazımdır ki, bir çox kişi penisinin uzunluğu barədə demək olar ki əksər vaxtlarda yalan danışdığını və bu mövzuda araşdırmalarda iştirak etməkdən çəkindiyi üçün mütəxəssislər başqa yola əl atıblar.

Onlar araşdırmalarını morqda keçiriblər. Alimlər orada olan cəsədlərin burnunun və ereksiya vəziyyətində olmayan penisinin uzunluğunu ölçüblər. Qeyd etmək lazımdır ki, tədqiqatda 126 kişi “iştirak edib”.

Və səncə nə baş verib? Məlum olub ki, həqiqətən də “burnu zırpı kişilərin...”. Burnunun uzunluğu orta göstəricini (5,8 sm) aşan kişilər daha uzun penisə sahib olublar. Yəni, əgər burnunun uzunluğu 5,8 sm göstəricisini aşmayan kişilərdə penisin uzunluğu 10 sm olubsa, nisbətən uzunburun şəxslərdə bu göstərici 13 sm olub. 

Maraqlıdır ki, dədə-babalarımız bunu hardan bilib?...

0
108
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar