Vaşinqton Pxenyana qarşı bir sıra ballistik raket buraxılışları həyata keçirdiyinə görə BMT tərəfindən yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi təklif edib.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə ABŞ-ın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib.
“ABŞ Şimali Koreyanın 2021-ci ilin sentyabrından hər biri BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqla həyata keçirilən altı ballistik raket buraxılışına cavab olaraq sanksiyalar tətbiq etməyi təklif edir”, o, Twitter-də yazıb.