ABŞ-da orta məktəbdə atışma olub, 3 nəfər yaralanıb

ABŞ-ın Aydaho ştatının Riqbi şəhərində orta məktəblərdən birində silahlı insident baş verib.

Sozcu.az “USA Today” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər – iki şagird və məktəbin mühafizəçisi yaralanıb.

Digər tələbələr hadisə yerindən evakuasiya edilib.

Yerli polisin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

0
202
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar