ABŞ-da atışma olub, ölən və yaralananlar var - VİDEO

ABŞ-ın Arizona ştatında atışma olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "FOX 10 Phoenix” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Finiks şəhərində, "Hyatt Regency” otelində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb. Xəsarət alanlar 18-22 yaşlı gənclərdir. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların kimliyi açıqlanmır.

0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar