ABŞ bu ölkəni dollarsız qoyacaq

ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı beşinci sanksiyalar paketini təqdim edib. 

Sənədin mətninə əsasən, ABŞ vətəndaşlarına və təşkilatlarına 2021-ci il dekabrın 2-dən sonra yeni borcla bağlı bütün əməliyyatlar, o cümlədən maliyyə təminatı və digər əməliyyatlar qadağan edilib.

Sfera.az Rusiyanın RBK saytına istinadən xəbər verir ki, yeni tədbirlər dollarlaşma səviyyəsi yüksək olan Belarus iqtisadiyyatına ciddi zərbə vura bilər. Çünki ölkənin Maliyyə Nazirliyi daxili borcları əsasən xarici valyutada buraxır. Hazırda istiqrazların təxminən 60 faizi dollardadır. 

RBK məlumat verir ki, 2020-ci ilin prezident seçkiləri və bundan sonra baş verən kütləvi etirazlar Belarusun Qərbdən borc almasını çətinləşdirdi. Buna görə də istiqrazların yerləşdirilməsi və onlar üzrə gəlirlərin ödənilməsi əksər hallarda dollarla həyata keçirilir. 

Qaydalara əsasən, dünyada istənilən elektron dollar ödənişi ABŞ müxbir bankından keçir. Yeni məhdudiyyət Belarus Maliyyə Nazirliyinin yeni borclarını dollarla cəlb etməyi, bununla bağlı əməliyyat aparmağı qeyri-mümkün edəcək. 

Xatırladaq ki, 2021-ci ilin yayında Belarusun "Absolutbank”ı ABŞ-ın sanksiyaları səbəbindən Visa kartlarına xidmət göstərmək və "Western Union” sistemindən istifadə etmək imkanını itirib. Buna görə də adıçəkilən belarus bankı Rusiya rublu və rezident banklardakı hesablara köçürmələr istisna olmaqla, xarici valyutada pul köçürmələrini dayandırıb.

Vasif
Sfera.az

Mənbə:
0
24
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar