80 min doza Pfizer vaksini məhv ediləcək

İsrail son istifadə tarixi bitmək üzrə olan 80 min COVID-19 vaksinini məhv edəcək.

Teleqraf.com xəbər verir ki, məhv ediləcək vaksinlər BioNTech-Pfizer şirkətlərinin vaksinləridir.

Bundan əlavə, İsrail son istifadə tarixi bitməyə yaxınlaşan 700 min doza BioNTech-Pfizer vaksinini müqavilə əsasında Cənubi Koreyaya verib.

Müqaviləyə əsasən, Cənubi Koreya sentyabr-oktyabr aylarında BioNTech-Pfizer şirkətinə məxsus vaksindən 700 min doza İsrailə verəcək.

Mənbə:
0
118
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar