• Şikayət et

73 yaşlı qadının əməliyyatı uğurla nəticələnib

73 yaşlı, çoxdan menopauza dövrünə girmiş qadın qarın boşluğunda böyüyən bir törəmənin olması, uşaqlıq yolundan aybaşını xatırladan ifrazatın gəlməsi şikayətləri ilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə müraciət edib.

 

Bu barədə Mərkəzin Qaraciyər, ödkisəsi və mədəaltı vəzi xəstəliklərinin cərrahlığı şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru Zərraf Şirinov məlumat verib.

 

Həkim bildirib ki, qarın obyektiv müayinədə 8-9 aylıq hamiləliyi xatırladır, kiçik çanağı tamamilə tutan və yuxarı kənarı göbəkdən yuxarıda qeyd olunan, ağrısız, hərəkətli törəmə əllənirdi.

 

Onun sözlərinə görə, KT və USM müayinələrində mənbəyi məlum olmayan d=25 sm kələ-kötür quruluşlu törəmə aşkarlanıb.

 

Zərraf Şirinov əməliyyat zamanı hər iki yumurtalığın polikistozunun qeyd olunduğunu bildirib.

 

"Histerektomiya icra olundu. Patohistoloji rəydə atipiya qeyd olunmadı. Xəstə sağlam şəkildə həyatına davam edir", - deyə həkim əlavə edib.

    Mənbə:
    0
    320
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar