• Şikayət et

652 min dəyərində “Apple” məhsulları oğurlandı - FOTO

Ötən gün ABŞ-ın Kaliforniya ştatında "Apple Store” mağazası qarət edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, müştərilər mağazada olarkən maskalı şəxslər "iPhone”, "iPad” məhsullarından bir neçəsini oğurlayıblar.

Görüntülərdə maskalı bir qrup gəncin stolların üzərindəki vasitələri oğurladığı və həyəcan siqnallarının işə düşdüyü görünür. Lakin işçilərin müdaxilə etmədiyi, mağazadakı müştərilərin isə "bir şey etməliyikmi?” sualı eşidilir. Mağaza işçiləri müştərilərə xəbərdarlıq edərək "qarışmayın” deyirlər.

Daha sonra polis əməkdaşları baş vermiş hadisə ilə bağlı açıqlama verib.

"İstintaq davam edir, biz hələ heç kimi saxlamamışıq, lakin hesab edirik ki, oğrular 18 və ya 20 yaşlarında olublar”, - deyə məlumatda bildirilib.

Həmin görüntünü təqdim edirik:

Ayşən

 


Mənbə:
0
43
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar