Yeni tədris ili üçün SABAH magistraturası üçün 540 dövlət sifarişli yer verilib

“Yeni tədris ili üçün ümumilikdə orta ixtisas təhsil pilləsi üzrə bütün təhsil proqramları yenilənib”.

1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

O, bildirib ki, yeni tədris ilindən yeni layihəyə də başlanılıb, bu, “SABAH” magistratura proqramıdır:

“Bununla bağlı 7 universitetdə 7 yeni ixtisas yaradılıb, bunun üçün xaricdən də müəllimlər dəvət olunub. Bu ixtisaslarda oxuyanların əksəriyyətinin 2 ildən sonra yaxşı xarici dil bilgilərinin olması nəzərdə tutulub. Yeni tədris ili üçün SABAH magistraturası üçün 540 dövlət sifarişli yer verilib".

Qafar Ağayev

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar