Wall Street Journal nəşriyyatının jurnalistləri Apple Vision Pro qarışıq reallıq cihazından məhdud şəkildə istifadə etmək imkanına sahib olublar. Jurnalistlərdən biri olan Joanna Stern Apple şirkətinin bu yeni cihazı barəsində ümumilikdə müsbət fikirlərə sahib olub. Lakin bununla yanaşı vacib mənfi cəhəti də qeyd edib. Digər istehsalçıların əksəriyyəti özlərinin VR və ya AR cihazlarını hazırlayan zaman plastik materiallardan istifadə edirlər. Bu, cihazın çəkisini aşağı salmağa imkan verir.
Apple isə bu məsələdə fərqli yol ilə getməyi seçib. Belə ki, Vision Pro-nun gövdəsi alüminium və şüşədən hazırlanıb. The Wall Street Journal-ın jurnalisti Joanna Stern Vision Pro-dan istifadə təəssüratlarında qeyd edib ki, cihaz ağır çəkiyə sahibdir. Buna görə də ondan uzun müddət ərzində istifadənin komfortlu olması ilə bağlı şübhələr var. Bununla yanaşı jurnalist bildirib ki, Vision Pro-dan 30 dəqiqəlik istifadə çərçivəsində o öz alın və burun hissələrinə təzyiqin olduğunu hiss edib.
Əlavə olaraq onda ürək bulantısı yaranıb. Joanna-nın bu şikayətlərinə cavab olaraq şirkət rəsmiləri bildiriblər ki, yaşanmış istənilən diskomfort böyük ehtimal ilə Vision Pro-nun demo nümunələrində olmuş yeganə ölçülü bərkidicilər səbəbilə baş verib. Şirkət əlavə edib ki, alıcılar Vision Pro-nu alan zaman öz istəklərinə uyğun olaraq müxtəlif ölçülü bərkidiciləri əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Vision Pro gələn ilin əvvəlində 3500$ qiymətində satışa çıxacaq.
Hələ bir neçə müddət bundan öncə OpenAI şirkəti bildirmişdi ki, o, ChatGPT-nin əsasında olan GPT-4 dil modelinin 5-ci versiyası üzərində işləri dayandırıb. İndi isə məlum olub ki, şirkət GPT-5 dil modelinin təlimatlandırılmasına hələ start verməyib. Səbəb isə təkmilləşdirilmiş böyük dil modelləri tərəfindən insanlara qarşı ola biləcək potensial təhlükədən yaranan ictimai narahatlıqdır.
Qeyd etmək lazımdır ki, mart ayının sonunda İT sahənin çoxlu sayda mütəxəssisi müasir süni zəka texnologiyalarının hazırlanmasının minimum 6 ay müddətinə təxirə salınması çağırışını etmişdilər. Həmin vaxtda Sam Altman qeyd etmişdi ki, İT sahənin mütəxəssisləri tərəfindən edilmiş çağırışda müəyyən texniki nüanslar qeyd edilməyib. Lakin bununla belə şirkət hələ müəyyən müddət ərzində GPT-5-in təlimatlandırılmasına start verməyi planlaşdırmayacaq.
Yol hərəkət qaydalarının pozulması ilə bağlı cərimələrin artırılmasını zəruri edən bir neçə səbəb var. bunlardan biri cəmiyyətdən gələn sifarişdir.
Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
O qeyd edib ki, son zamanlar yol nəqliyyat hadisələri, ölüm və xəsarət halları çoxalıb.
"Bu hadisələrin təhlili nəticəsində ortaya çıxan səbəblərdən biri sürət həddinin aşılması, narkotik maddələrin təsiri altında avtomobilin idarə edilməsi, eləcə də yol ayrıcının keçə qaydasının pozulması işıqforun qırmızı işığının tələbini pozmaq, dəmir yol keçidlərinin keçmə qaydalarını pozmaq. Bir çox qayda pozuntuları var ki, burada sürücülər məsuliyyət daşıyır və bu qaydaları pozurlar. Nəticədə tez-tez qəzalar baş verir. Bu qəzaların nəticəsində hər gün insanlarımızı itiririk. Bunun qarşısının alınması metodlarından biri də qanunvericiliyin sərtləşdirilməsidir. Hesab edirəm ki, qaydaları pozmayanlar bu cərimələrin artmasından narahat olmamalıdırlar. əgər sürücülər qaydalara riayət etsələr bu cərimələrin onlara heş bir təsiri olmayacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri iyunun 6-da keçirilən növbədənkənar iclasında birinci oxunuşda qəbul edib. yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. Məcəllənin hazırkı variantına görə, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Digər dəyişikliyə əsasən, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır. Dəyişikliyə əsasən, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
Həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yeni cərimələr müəyyənləşir.
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur.
Milli.Az
Son şərhlər