AZ

Bakı Mühəndislik Universiteti UNEC-lə əməkdaşlığa BAŞLADI

Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti və tələbələrinin innovativ xidmətlərdən, elektron resurslardan istifadəsi, müxtəlif nüfuzlu beynəlxalq bazalara giriş inkanlarının daha da genişləndirilməsi istiqamətində növbəti addım atılıb.

 

Modern.az xəbər verir ki, BMU ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi arasında UNEC-in elektron kitabxanasından birgə istifadə üçün razılaşma əldə olunub. Razılaşmaya əsasən, BMU-nun müəllim və təhsilalanlarına UNEC Kitabxana-İnformasiya Mərkəzinin (7/24) elektron kitabxanasından (//library.unec.edu.az/) sərbəst  istifadə etmək hüququ verilib.

 

Bu, eyni zamanda, BMU-nun əməkdaş və tələbələrinin rəqəmsal xidmətlərə əlçatanlığının təmin edilməsinə, daha geniş elektron resurslara çıxış imkanlarının, effektiv istifadə bacarıqlarının artırılmasına əlavə töhfə verəcək.

 

Razılaşma çərçivəsində BMU-nun kitabxanasının əməkdaşları UNEC Kitabxana-İnformasiya Mərkəzinin iş prinsipi, buradakı rəqəmsal və ənənəvi resurslar, elektron xidmətlər, abunə olunan beynəlxalq məlumat bazaları ilə də tanış olublar.

 

Qeyd edək ki, UNEC Kitabxana-İnformasiya Mərkəzi 80 000-dən artıq Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
modern.az

3Mənbələr