AZ

Azərbaycanda “Xoşbəxtlik Nazirliyi“ yaradıla bilər? — Deputatlardan AÇIQLAMA

Rusiya Federasiyası Federal Şurasının prezidenti Valentina Matviyenko Rusiyada “Xoşbəxtlik Nazirliyi”nin yaradılmasını, eləcə də “Ümumdünya Xoşbəxtlik” qanununun qəbulunu təklif edib.

“Bütün qərarlar, qanunlar bu qurumdan keçəcək və hökumətin yeni qərarının insanları sevindirib - sevindirməyəcəyini müəyyənləşdirəcək”, - deyə məmur bildirib.

“Hələlik mənim dəstək qrupum kiçikdir, amma əminəm ki, vaxt gələcək, biz Rusiyada Xoşbəxtlik Nazirliyi yaradacağıq”, - Federal Şuranın rəhbəri əlavə edib.

Maraqlıdır, Azərbaycanda da belə bir nazirlik yaratmaq mümkündürmü? 

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Deputat Fazil Mustafa bildirib ki, bu, çox romantik bir təklifdir: 

“Əslində, biz də Azərbaycanda “Problemlərin Həlli Nazirliyi”nin yaradılmasını təklif etmişdik. Həllini tapmayan məsələləri sözügedən nazirlikdə həll etmək olardı. Azərbaycanda xoşbəxtliyə o qədər də ehtiyac yoxdur. Sadəcə bədbəxtliyin azaldılması istiqamətində addımlar atmalıyıq. Problemlər həll olanda insanlar onsuz da özlərini məmnun hesab edirlər. Məmnuniyyət bizim üçün xoşbəxtlikdən daha önəmlidir”. 

Millət vəkili Etibar Əliyev qeyd edib ki, Azərbaycanda belə  bir nazirliyin yaradılmasına ehtiyac yoxdur: 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
50
demokrat.az

10Mənbələr