AZ

BMT: ''Qəzzada həlak olanların 70 faizi uşaq və qadınlardır''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini, İsrailin Qəzza zolağına 3 həftədir təşkil etdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, LazzariniBMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclasında Qəzzada yaşananları qiymətləndirib.
F.Lazzarini son 3 həftədə Qəzzada öldürülənlərlə bağlı deyib: “Onların təxminən 70 faizi uşaq və qadınlardır''.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel də İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 3400-dən çox uşağın öldüyünə, 6300-dən çox uşağın isə yaralandığına diqqət çəkib.
K.Russel deyib:“Bu o deməkdir ki, Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır''.
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi də İsrailin 7-26 oktyabr tarixləri arasında Qəzzaya təşkil etdiyi hücumlarda həlak olanlarla bağlı 212 səhifəlik hesabat dərc edib.
Hesabata görə, 7-26 oktyabr tarixləri arasında İsrailin hücumlarında ölən 7028 nəfərdən 2913-ü uşaqdır.
İsrailin hücumlarında 133-ü bir yaşa qədər, 153-ü 1 yaşında, 158-i 2 yaşında olmaqla 444 körpə həyatını itirib.
İsrail bombardmanlarında171-i 3 yaşında, 1527-si 4-13 yaşında, 523-ü də 14-17 yaşında uşaq həyatını itirib.
Hücumlar zamanı həlak olanların 2262-si qadın, 462-si də 60 yaşdan yuxarı olan insandır.
Hesabatda hücumlarda ölən 281 nəfərin şəxsiyyətinin müəyyən edilə bilmədiyi qeyd edilib.
''Həmas''ınhərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

Seçilən
537
42
sia.az

10Mənbələr