AZ

Bütün terror təşkilatlarına qarşı daxildə və sərhəddə əməliyyatlar fasiləsiz davam edir

 

  İraq və Suriyanın şimalında son bir həftədə 33 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) həftəlik mətbuat brifinqində çıxış edən MSB-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk deyib: “PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı daxildə və sərhəddə uğurla və fasiləsiz həyata keçirilən əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 33 terrorçu zərərsizləşdirilib.

  İl ərzində Suriyadakı əməliyyat bölgələrimizdə yaradılmış təhlükəsizlik və sülh mühitini pozmağa yönəlmiş 417 təcavüz və hücum cəhdinə lazımi cavab verilib, 26-sı son bir həftədə olmaqla 1298 terrorçu zərərsizləşdirilib."



Seçilən
0
25
trt.net.tr

10Mənbələr