AZ

"Nə cür oyun göstərə biləcəyimizi bilirik"

"Barselona" İspaniya La Liqasının XXIX turu çərçivəsində "Atletiko"ya 3:0 hesabı ilə qalib gəlib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra Kataloniya təmsilçisinin futbolçusu Robert Levandovski jurnalistlərə açıqlamasında bundan sonraki oyunlarda da qələbə qazanmaq üçün meydana çıxacaqlarını bildirib:

"Yaxşı oyun keçirdik, qol vurduğum və iki məhsuldar ötürmə etdiyim üçün şadam. Amma məncə, oyunumuzda daha rahatlıq olsa, yaxşı olardı. Biz irəliyə doğru addım atmaq istəyirik, qalib gəlib daha yaxşı oynamalıyıq. Nə cür oyun göstərə biləcəyimizi bilirik, böyük potensialımız, əla və gənc oyunçularımız var".

Kataloniya təmsilçisi hazırda 64 xalla ikincidir.
Seçilən
30
futbolpress.az

1Mənbələr