AZ

"Neftçi" "Sabah"la oyundan əvvəl daha iki itki ilə üzləşdi

"Neftçi"nin daha iki futbolçusu bu gün "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, qarşılaşmadan əvvəl məşq prosesində Azər Əliyevlə Kilan Lebon əzələsini dartıblar.

Paytaxt təmsilçisi daha əvvəl qapıçı Emil Balayev, yarımmüdafiəçilər Qara Qarayev və Reziuan Mirzovun görüşdən əvvəl məşqə qatılmadığını açıqlayıb.

"Sabah" - "Neftçi" matçı saat 16:00-da başlanacaq.

Seçilən
91
50
sportinfo.az

10Mənbələr