AZ

İsrail ordusundan itkiləri ilə bağlı AÇIQLAMA

İsrail ordusunun mətbuat katibi Daniel Haqari Qəzzada baş verən hadisə nəticəsində altı əsgərin öldüyünü təsdiqləyib.

NOCOMMENT.az-ın məlumatına əsasən, o, bildirib ki, ilkin araşdırmalara görə, müdafiə qüvvələri Qəzzada iri silah istehsalı müəssisəsini məhv etmək üçün əməliyyat keçirib. Əsgərlər partlayıcı maddə yerləşdirərkən bu zaman ərazini qoruyan İsrail tankından atəş açılıb.

Nəticədə mərmi elektrik dirəyinə dəyərək partlayıcı maddənin vaxtından əvvəl alışmasına səbəb olub:

“Silah istehsalı obyektinin yeraltı infrastrukturunun məhv edilməsi əməliyyatı zamanı sahədə düşmən hədəfini təyin edən tankın atəş açması səbəbindən partlayış baş verib. Tankdan atılan mərmi, yəqin ki, yaxınlıqdakı elektrik dirəyinə dəyib və bu, cihazın işə düşməsinə səbəb olub. Partlayış nəticəsində müdafiə qüvvələrinin 6 əsgəri həlak olub, 14-ü isə yaralanıb. Sahədəki piyada hissələrini təxliyə etdik.

Tank ərazini qoruyurdu. Unudulmamalıdır ki, ərazini mühafizə edən tank əməliyyatı həyata keçirən qüvvələrə zərər verə biləcək təhlükəni aşkar edə bilər. Buna görə də tank təhlükə aşkar edib və ona atəş açıb. Təəssüf ki, bu atəş zamanı mərmilərdən biri faciəvi şəkildə yaxınlıqdakı elektrik dirəyinə dəyib. Başa düşdüyümüz qədərilə, atəş nəticəsində dirək aşıb vaə partlayışa səbəb olub”.

Seçilən
57
nocomment.az

1Mənbələr