AZ

Bakıda ata həbsdəki oğluna narkotiki görün nəyin içində apardı - FOTO

İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Milli.Az lxəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədovun gətirdiyi  sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
122
26
milli.az

10Mənbələr