AZ

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib - FOTO

Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşib.

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.

"Körpücük" üzərinə ilk olaraq qadınlar çıxıblar. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.

Kişilərdə isə əvvəlcə 55 kq çəki dərəcəsində mübarizə baş tutub. Toplam 215 kq (95+150) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq-la (71+91) Xəyyam Allahverdiyev gümüş, 160 kq-la (70+90) Dəniz Bağırov isə bürünc medal qazanıb.

Çəkisi 61 kq-a qədər olan atletlərin yarışında Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 240 kq (110+130) nəticə ilə rəqiblərini üstələyib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq-la (94+106) Ramiz Kərimov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
15
baku.ws

10Mənbələr