AZ

Məsut Özil Di Kaprionun cavabını sərt verdi

Almaniya yığmasının heyətində dünya çempionu olan ''Real'' və ''Arsenal''ın sabiq ulduzu Məsut Özil ''Oskar'' mükafatını qazanmış ünlü aktyor Leonardo Di Kaprionun cavabını verib.

“Football-plus.az” xəbər verir ki, məsələ burasındadı ki, Di Kaprio bu həftənin əvvəlində iştirak etdiyi yeni filminin qala-gecəsində idman mövzusu barədə birmənalı qarşılanmayan açıqlamalar vermişdi. O, əvvəlcə futbolçularla basketbolçlardan kimin daha güclü olması barədə suala ''futbolçular heç vaxt tarixin ən güclü basketbolçusu Maykl Cordandan güclü ola bilməz'' sözü ilə cavab verib. Daha sonra Di Kaprio futbolu izləmədiyini bildirərək ''Arsenal''ın nə olduğunu bilmədiyini əlavə etdi. Di Kaprionun bu sözü zarafatca dediyi güman olunur. Çünki o, basketbol azarkeşi kimi tanınsa da, dəfələrlə futbol qarşılaşmalarında da görünüb. Sabiq ''Arsenal''lı isə Di Kaprionun cavabını verərək onu belə desək, ağrılı yerindən ''vurub''. Məsut bunu yazıb: ''Arsenal'' futbol klubunun yaşı 25-dən çoxdu. O, ''Arsenal''ı necə tanıya bilər ki?''.

Məsələ burasındadı ki, 49 yaşlı Di Kaprio daim 25 yaşdan kiçik sevgililəri ilə ön plana çıxır. Sosial şəbəkələrdə də bu mövzu çox müzakirə olunur. Di Kaprio adətən 25 yaşdan aşağı xanımla münasibət qürur və həmin xanımın yaşı 25-i ötən kimi onunla ayrılır.

ƏLİ

Seçilən
176
football-plus.az

1Mənbələr