AZ

Banqladeşdə qatar relsdən çıxıb, ölən və yaralananlar var

Banqladeşdə sərnişin qatarının 7 vaqonunun relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Hadisə gecə saatlarında Qazipur rayonunda baş verib. "Mohanqanc Express" qatarı Maymensinqh şəhərindən paytaxt Dəkkə istiqamətində hərəkət edirmiş.

İlkin məlumatlara görə, qəzaya səbəb dəmir yolu xəttinin qəsdən zədələnməsi olub. Belə ki, qəzanın baş verdiyi yerin yaxınlığındakı meşədə qaz balonu tapılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Qəzanın baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
22
21
milli.az

10Mənbələr