AZ

"Reuters" İsraildən jurnalistin ölümü ilə bağlı izahatTƏLƏB EDİR

"Reuters" Təl-Əvivdən jurnalisti, 37 yaşlı İssam Abdullahın oktyabrın 13-də Livanda ölümü ilə bağlı izahat verməsini tələb edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, agentliyin öz araşdırmasına görə, o, İsrail tank heyətinin açdığı iki atəş nəticəsində həlak olub və qaynar nöqtədə xəbər verən 6 həmkarı da yaralanıb.

Müstəntiqlər bu qənaətə “30-dan çox dövlət və təhlükəsizlik rəsmisi, hərbi və məhkəmə-tibb ekspertləri, vəkillər, həkimlər və şahidlərlə müsahibə etdikdən” sonra gəliblər.

Onlar həmçinin səkkiz media orqanında ərazidən çəkilmiş video görüntüləri, hücumdan əvvəl və sonra yüzlərlə fotoşəkilləri, o cümlədən yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərini nəzərdən keçiriblər.

NƏRGİZ

Seçilən
92
redaktor.az

1Mənbələr