AZ

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonundavətəndaşları qəbul edəcək.

Bu barədə Trend-ə BaşProkurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Prezident İlham Əliyevin tapşırığı vətövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarınınqorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyinartırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 23-dəsaat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasındarayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işlərivə materiallar üzrə, o cümlədən prokurorluq orqanlarınınfəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayətiolan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı vəya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə vəmüraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48 nömrəli vəBakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları,[email protected] elektron poçt ünvanı, eləcə dəprokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook,X) vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Seçilən
69
49
az.trend.az

10Mənbələr