AZ

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

”Hyundai” markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı sakini, 2006-cı il təvəllüdlü Qənbərli Əli Coşqun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
49
report.az

10Mənbələr