AZ

"Fənərbağça" səfərdə xal itirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Superliqasında ikinci turun oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, ilk turdan sonra lider olan "Fənərbağça" bu dəfə səfərdən qələbə ilə qayıdır.
Joze Mourinyonun yetirmələri "Göztepe"yə heç bir şans verməyiblər.
İlk hissənin əlavə edilən dəqiqələrində sarı-lacivərdlər Dzeko və ən-Nəsirinin qolları ilə sevinib.
İkinci hissənin əvvəlində ev sahibi komanda azarkeşləri "Fənərbağça" prezidenti Ali Koça tribunadan yad cisimlər atıblar. Bu səbəbdən matç dayandırılıb, lakin bir müddət sonra davam etdirilib.
68-ci dəqiqədə "Göztepe" fərqi azaldıb. 90+5-ci dəqiqədə isə ev sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar - 2:2.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
18
oxu.az

10Mənbələr